четверг, 16 января 2014 г.

Yanvarın 14-də akademik Zərifə Əliyeva adına liseydə İKT əsaslı pilot tədris otağının açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov, Koreya Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Vu-Jung Kim və Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in iştirak ediblər.
2014-cü il yanvar ayının ilk həftəsində növbəti dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzində “Yeni təlim proqramı (kurikulumlar): Respublikamızın məktəblərində işin təşkili, reallıqlar, perspektivlər” mövzusunda elmi-praktik konfransın reallaşdırılması üçün görüş keçirilib. Görüşdə təhsil nazirinin müşaviri Ağababa İbrahimovTPİ-nin direktoru Qulu Novruzovvə direktor müavini, Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasov, Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə II Layihənin əlaqələndirmə Qrupunun məsləhətçisi Almaz Həsrət, Kurikulum Mərkəzinin şöbə müdirləri iştirak edib.
Mərkəzin konfrans zalında keçirilən tədbirə Respublikanın müxtəlif bölgələrindən olan 150-dək fəal müəllim qatılıb.
 Müəllimlərin dərs yükü artırıldı.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 dekabr tarixli qərarı ilə bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik dərs yükünün maksimal yuxarı həddi 24 saatdan 36 saata qaldırılıb.
Qeyd olunmalıdır ki, "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215 nömrəli qərarı ilə müəllimlərin həftəlik dərs yükünün maksimum həddi 24 saat müəyyən edilib.
Lakin təcrübə göstərir ki, ümumtəhsil məktəblərində fənlər üzrə həftəlik dərs yükünün 24 saat tələbi gözlənilməklə bölüşdürülməsi nəticəsində əksər hallarda bir stavkayadək dərs yükü vakant qalırdı. Həmin dərs yükünün bir hissəsi əvəzi ödənilmədən fənn müəllimləri tərəfindən tədris edilirdi ki, bu da onların haqlı narazılığına səbəb olurdu. Bir stavkayadək vakant dərs yükünə müəllimlərin işə qəbulu isə məktəblərdə müəllim sıxlığının yaranmasına, müəllim-şagird nisbətinin aşağı düşməsinə gətirib çıxarırdı.
Bu sahədə beynəlxalq təcrübə də göstərir ki, əksər ölkələrdə ümumi təhsil sistemində müəllimlərin həftəlik dərs yükünün yalnız minimum həddi (1 stavka) müəyyənləşdirilir, maksimum həddə isə məhdudiyyət qoyulmur.  
Qeyd edək ki, bir stavka (həftədə 12 saat) dərs yükünə görə ali təhsilli müəllim, stajından asılı olaraq, minimum 155 manat (10-cu ixtisas dərəcəsi ilə) maksimum 207 manat (15-ci ixtisas dərəcəsi ilə) əməkhaqqı alır.