2014-cü il yanvar ayının ilk həftəsində növbəti dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzində “Yeni təlim proqramı (kurikulumlar): Respublikamızın məktəblərində işin təşkili, reallıqlar, perspektivlər” mövzusunda elmi-praktik konfransın reallaşdırılması üçün görüş keçirilib. Görüşdə təhsil nazirinin müşaviri Ağababa İbrahimov, TPİ-nin direktoru Qulu Novruzovvə direktor müavini, Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasov, Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə II Layihənin əlaqələndirmə Qrupunun məsləhətçisi Almaz Həsrət, Kurikulum Mərkəzinin şöbə müdirləri iştirak edib.
Mərkəzin konfrans zalında keçirilən tədbirə Respublikanın müxtəlif bölgələrindən olan 150-dək fəal müəllim qatılıb.

Комментариев нет:
Отправить комментарий