вторник, 25 февраля 2014 г.

Xeber

“Xocalı faciəsinin 22-ci il dönümü”
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 05 fevral 2014-cü il tarixli 22 nömrəli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq 25 fevral 2014-cü il tarixdə Mollaisaqlı kənd tam orta məktəbində Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə  tədbir keçirildi. Əvvəlcə Xocalı faciəsi qurbanlarının və bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.. Tədbiri giriş sözü ilə məktəbin direktoru Fazil Muradov açdı. O, çıxış edərək bildirdi ki, Xocalı faciəsi nəticəsində 613 nəfər şəhid, 487 nəfər əlil olmuşdur. 8 ailə bütövlüklə məhv edilmiş, 24 uşaq hər iki valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmişdir. 150 nəfərin taleyi isə indiyə qədər məlum deyildir.1275 nəfər qoca, uşaq və qadın əsir götürülərək amansız zülm və məşəqqətlərə məruz qalmışdır. Sonra çıxış edərək o faciəli gecənin dəhşətlərini  tədbir iştirakçılarına xatırlatdı. Məktəbin müəllimlərdən Elman müəllim, Müşviq müəllim, və başqaları  Xocalı faciəsi barədə  çıxış edərək  ermənilərin xalqımızın başına gətirdiyi məşəqqətlərdən danışdılar.   Məktəbin müəllimi İldırım Məsimov çıxış edərək Xocalı şəhərinin Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri  və qədim tarixə malik olması barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.   Sonra məktəbin şagirdləri Xocalı faciəsi gününə həsr edilmiş kompazisiyalar göstərdilər. 

Tədbirin sonunda məktəbin direktoru F. Muradov bir daha əlavə edərək bildirdi ki,  Ali baş komandanımız cənab İlham Əliyevin torpaqlarımızın qaytarılması üçün səfərbərlik haqqında əmr elan edərsə, hamımız canla-başlatorpaqlarımızı düşmən tapdağından azad etməyə hazırıq. Tədbirdə Mollaisaqlı kənd  İƏB-sü üzrə İH nümayəndəsi, kənd kitabxanasının müdiri və valideynlər iştrak edirdi.
Cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirik. 





суббота, 1 февраля 2014 г.

XƏBƏRLƏR

Bu gün Hacıhətəmli kənd tam orta məktəbində Azərbaycanın Milli Qəhraəmanı Mübaruz İbrahimovun anadan olması gününə həsr edilmiş anım günü mərasimi keçirildi. Mərasimdə İsmayıllı rayon İcra Hakimiyyəti nümayəndəsi və Rayon əlillər Cəmiyyətinin sədri və veteranlar iştirak etdmişdir. Mərasimdən çəkilmiş sujetlər televiziya kanallarında yayımlandı