“Xocalı faciəsinin
22-ci il dönümü”
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının
05 fevral 2014-cü il tarixli 22 nömrəli sərəncamı ilə təsdiq edilmiş tədbirlər
planına uyğun olaraq 25 fevral 2014-cü il tarixdə Mollaisaqlı kənd tam
orta məktəbində Xocalı faciəsinin
22-ci ildönümü münasibətilə tədbir
keçirildi. Əvvəlcə Xocalı faciəsi qurbanlarının və bütün şəhidlərimizin ruhu
bir dəqiqəlik sükutla yad edildi.. Tədbiri giriş sözü ilə məktəbin direktoru Fazil
Muradov açdı. O, çıxış edərək bildirdi ki, Xocalı faciəsi nəticəsində 613 nəfər
şəhid, 487 nəfər əlil olmuşdur. 8 ailə bütövlüklə məhv edilmiş, 24 uşaq hər iki
valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmişdir. 150 nəfərin
taleyi isə indiyə qədər məlum deyildir.1275 nəfər qoca, uşaq və qadın əsir
götürülərək amansız zülm və məşəqqətlərə məruz qalmışdır. Sonra çıxış edərək o
faciəli gecənin dəhşətlərini tədbir iştirakçılarına xatırlatdı. Məktəbin
müəllimlərdən Elman müəllim, Müşviq müəllim, və başqaları Xocalı faciəsi
barədə çıxış edərək ermənilərin xalqımızın başına gətirdiyi məşəqqətlərdən
danışdılar. Məktəbin müəllimi İldırım Məsimov çıxış edərək
Xocalı şəhərinin Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri və
qədim tarixə malik olması barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Sonra
məktəbin şagirdləri Xocalı faciəsi gününə həsr edilmiş
kompazisiyalar
göstərdilər.
Tədbirin sonunda məktəbin
direktoru F. Muradov bir daha əlavə edərək bildirdi ki, Ali baş komandanımız cənab İlham Əliyevin
torpaqlarımızın qaytarılması üçün səfərbərlik haqqında əmr elan edərsə, hamımız
canla-başlatorpaqlarımızı düşmən tapdağından azad etməyə hazırıq. Tədbirdə Mollaisaqlı
kənd İƏB-sü üzrə İH nümayəndəsi, kənd kitabxanasının müdiri və valideynlər
iştrak edirdi.
Cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Комментариев нет:
Отправить комментарий