“Xalq
Heydər söyləyəcək”
Bu gün Ulu öndər Heydər Əliyevin
anadan olmasının 91-ci ildönümü ilə əlaqədar
Mollaisaqlı kənd tam orta məktəbinin akt zalında “Xalq Heydər söyləyəcək”
adlı yubiley tədbiri keçirildi. Tədbirdə YAP-nın İsmayıllı rayon təşkilatının sədri
Əzizə Vahabova, İsmayıllı RİHB-nin Mollaisaqlı İƏB-sü üzrə nümayəndəsi H. Həşimov, Mollaisaqlı kənd tam orta məktəbin direktoru F.
Muradov, Mollaisaqlı kənd Bələdiyyəsi B. Babayev, məktəbin pedaqoji kollektivi
və bir sıra kənd nümayəndələri iştirak edirdi. İlk öncə xalqımızın
ümummilli liderinin xatirəsi bir dəqiqəlik skutla yad edildi. Sonra isə həmyerlimiz
Baba Vəziroğlunun sözlərinə bəstələnmiş “Xalq Heydər söyləyəcək” musiqili
kompazisiya iştirakçılara təqdim olundu. Çıxış üçün söz Ə. Vahabova verildi. O, Ulu öndərimizin Azərbaycan
xalqının qarşısındakı xidmətlərindən və Azərbaycan
mədəniyyətinin, zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması məhz Heydər
Əliyevin misilsiz xidmətləri olduğunubildirdi. O, müstəqil Azərbaycan dövlətinin
hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətləri olmuş, milli dövlətçilik
ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması
naminə misilsiz töhfələr vermiş Heydər Əliyevin misilsiz xidmətlərindən mərasim
iştirakçılarına bəhs etdi.
05 aprel 2014-cü il tarixdə İsmayıllı rayon Təhsil Şöbəsinin akt zalinda GÇH fənn müəllimlərinin seminarı keçirildi