понедельник, 7 апреля 2014 г.

“Xalq Heydər söyləyəcək
Heyder-Eliyev-esas.jpgBu gün Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə  əlaqədar Mollaisaqlı kənd tam orta məktəbinin akt zalında “Xalq Heydər söyləyəcək” adlı yubiley tədbiri keçirildi. Tədbirdə YAP-nın İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova, İsmayıllı RİHB-nin Mollaisaqlı İƏB-sü üzrə nümayəndəsi H. Həşimov, Mollaisaqlı kənd tam orta məktəbin direktoru F. Muradov, Mollaisaqlı kənd Bələdiyyəsi B. Babayev, məktəbin pedaqoji kollektivi və bir sıra kənd nümayəndələri iştirak edirdi. İlk öncə xalqımızın ümummilli liderinin xatirəsi bir dəqiqəlik skutla yad edildi. Sonra isə həmyerlimiz Baba Vəziroğlunun sözlərinə bəstələnmiş “Xalq Heydər söyləyəcək” musiqili kompazisiya iştirakçılara təqdim olundu. Çıxış üçün söz Ə. Vahabova verildi. O, Ulu öndərimizin Azərbaycan xalqının qarşısındakı xidmətlərindən  və Azərbaycan mədəniyyətinin, zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması məhz Heydər Əliyevin misilsiz xidmətləri olduğunubildirdi. O, müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətləri olmuş, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermiş Heydər Əliyevin misilsiz xidmətlərindən mərasim iştirakçılarına bəhs etdi.


05 aprel 2014-cü il tarixdə İsmayıllı rayon Təhsil Şöbəsinin akt zalinda GÇH fənn müəllimlərinin seminarı keçirildi


Комментариев нет:

Отправить комментарий